HSE Policy / Nizam-intizam tədbirləri üzrə siyasət
SƏTƏM üzrə qayda və normalarımız şirkətin ərazisi və iş sahəsində yerləşən, həmçinin şirkətin ərazisindən kənarda vəzifələrini yerinə yetirən bütün əməkdaşlara aiddir. Eyni zamanda, bu qayda və normalar xidməti vəzifələrinin icrasından kənar şirkətin ərazisi və iş sahələrində yerləşən əməkdaşlara da (əgər bu vəziyyət onların və ya digər şəxslərin təhlükəsizliyinə təsir edirsə) aiddir.
Aşağıda göstərilən siyahıda nizam-intizam tədbirlərin tətbiq olunması ilə nəticələnə bilən, yalnız bunlarla məhdudlaşmayan, qanunpozmalar sadalanır:
- Səhlənkarlıq, ehtiyatsızlıq və kobud zarafatlar nəticəsində digər şəxsə xəsarət yetirmək;
- Qəsdən və ya səhlənkarlıq nəticəsində şirkət və ya müştərilərin əmlakını korlamaq;
- İş yerində spirtli içki və ya qadağa olunmuş maddələrin təsiri altında olmaq, onları şirkətin ərazisində saxlamaq və ya şirkətin iş sahələrinə gətirmək;
- Bədbəxt hadisə/qəzanın istintaqı zamanı yanlış ifadə vermək;
- Bədbəxt hadisə/qəzanın istintaqı zamanı vacib məlumatın verilməsində əməkdaşlıqdan imtina etmək;
- Nəşr olunmuş təhlükəsizlik qayda və normalara nəzər yetirməmək;
- Maşın və avadanlıqdan qəbul olunmuş prosedurlara zidd və ya səlahiyyətli nəzarətçinin razılığı/məlumatı olmadan istifadə etmək;
- Şirkətin ərazisində baş vermiş qəza və ya alındığı xəsarət haqqında dərhal məlumat verməmək;
- Nəzərdə tutulmuş şəxsi mühafizə avadanlığından istifadə etməmək;
- “Təhlükəli” təyin olunmuş ərazilərdə siqaret çəkmək;
- Kobud zarafatlara yol vermək;
- Yanğınsöndürmə avadanlığından nəzərdə tutulmamış qaydada və səlahiyyətli şəxsin icazəsi olmadan istifadə etmək;
- Elektrik/mexaniki nizamlayıcıların üzərindəki nişan və qıfıl cihazlarını avadanlıqdan istifadə edən şəxsin icazəsi olmadan qopartmaq/götürmək;
- Elektrik açar, qapaq və digər cihazlardan icazəsiz istifadə etmək;
- Təmizlik və sanitar-gigiyena normalarına riayət etməmək;
- Səlahiyyətli şəxsin icazəsi olmadan “Təhlükəli” zonalara daxil olmaq;
- Səlahiyyətli nəzarətçinin razılığı olmadan cihazları qəsdən xətdən ayırmaq, istifadə etməmək və ya sıradan çıxartmaq;
- Şirkətin nəqliyyat vasitəsini idarə edərkən tələb olunan sürət limitini aşmaq;
- “Təhlükəli” iş ərazisi kimi müəyyən edilmiş qapalı zonalarda icazəsiz işləmək;
- Dəlik və ya açıq lyukları nəzarətsiz qoymaq və beləliklə təhlükəli vəziyyət yaratmaq;
- Təyin olunan və olunmayan dərmanların istifadəsi haqqında məlumat verməmək.