Layihənin adı: Sanqaçalda Yeməkxananın Dizayn və Tikintisi
Sifarişçi: BP Exploration (Caspian Sea) Limited
İnşaatın ünvanı: EOP sahəsinin cənub-şərq hissəsi, Bakı, Azərbaycan
Başlanma tarixi: Oktyabr 2009
Tamamlanma tarixi: İyun 2011
Müqavilə növü: Dizayn, Təchizat, Tikinti və Layihənin İdarə Olunması
İşin həcmi və məzmunu: Sanqaçal Terminalının EOP ərazisində yeni obyektin dizaynı, təchizatı, tikintisi və istismara verilməsi
Layihənin xülasəsi: Sanqaçalda tikilən yeməkxana hər gün 24 saat ərzində 800 nəfər üçün yemək və 225 ədəd qablaşdırılmış günorta yeməyi hazırlamaq, həmçinin səhər, nahar və axşam yeməyi ilə təmin etmək məqsədilə inşa olunmuşdur. Obyektin ərazisində oturacaq yerlərlə təmin olunmuş vestibül, çay/kofe/ticarət avtomatları, görüşlər keçirmək üçün ayrılmış yerlər, tualet otaqları və əl yumaq üçün qurğular, özünəxidmət məntəqələri ilə təchiz olunmuş geniş yeməkxana sahəsi, özünəxidmət məntəqələrinə növbə gözləmək üçün nəzərdə tutulan ərazi, mətbəx və çörəkxana yerləşir. Həmçinin, burada kimyəvi məhsulların donunun açılması/qurudulması/soyudulması/dondurulması/saxlanılması üçün ayrılmış ərazi, paltardəyişmə/tualet otaqları, duşxanalar, qida məhsullarının saxlanılma/hazırlanma zonası və iaşə xidmətlərinin təchizatçısı üçün ofis də var.