Layihənin adı: Azərbaycan Kran Gəmisində Çirkab Suları Nəql Edən PVX Boruların Təmiri
Sifarişçi: Saipem S.p.A.
İnşaatın ünvanı: Xəzər dənizi, Azərbaycan
Başlanma tarixi: İyul 2003
Tamamlanma tarixi: Oktyabr 2003
Müqavilə növü: Layihənin İdarə Olunması və Texniki Xidmət
İşin həcmi və məzmunu: Azərbaycan Kran Gəmisinin istismar, təmir, müasirləşdirilməsi və texniki xidməti – çirkab suları (göyərtədə yerləşən tualet otaqları və duşxanalardan axan) nəql edən PVX boruların təmiri, yeddi tualet otaqlarından gəminin arxa tərəfində yerləşən toplanma çəninə qədər uzadılan PVX kanalizasiya boruların dəyişdirilməsi, borular üçün müvafiq dirək konstruksiyanın quraşdırılması.
Layihənin xülasəsi: Azərbaycan Kran Gəmisi ağır yüklərin qaldırılma və yerini dəyişdirilməsi, həmçinin Xəzər dənizinin şelfində tikinti işlərin aparılması üçün istismar olunur. Layihənin əsas vəzifəsi sahil terminalın neft və qazla təchiz edilməsi məqsədilə dəniz yataqların işlənməsi və məhsulun satış bazalarının inkişafından ibarətdir.