HSE Policy / Ətraf mühitin mühafizəsi sahəsində hədəflər
Ətraf mühitin idarə olunması sahəsində hədəflərimiz aşağıdakılardır:
- Qanunvericilik və Ətraf mühitin mühafizəsi siyasətinə daim riayət etmək;
- İşin icrasının daim təkminləşməsi prinsipinə əsaslanaraq, yüksək ekoloji göstəricilərə nail olmaq, onları artırmaq və nümayiş etdirmək;
- Bütün risk və təsirləri rəsmən müəyyən etmək və qiymətləndirmək, həmçinin praktiki və iqtisadi baxımdam effektiv nəzarət tədbirlərini həyata keçirmək;
- Diqqəti islahedici tədbirlərdən daha çox ekoloji təhlükə və onun nəticələrini aradan qaldırılması və qarşısının alınmasına yönəltmək;
- Ətraf mühitə təsir amilini şirkətin hər bir fəaliyyətinin idarə olunmasında nəzərə almaq;
- Fəaliyyətin effektivliyini artırmaq məqsədilə iş prosesinin hər mərhələsində ətraf mühitin mühafizəsi üzrə tədbirləri səmərəliləşdirmək və nizamlamaq;
- Ekoloji planlaşdırma, fəaliyyət, audit və təhlil üzrə standartlar təsis etmək;
- Şirkətin rəhbərliyini ekoloji prioritetləri müəyyən etmək imkanı ilə təmin etmək.
Nəzərə almaq lazımdır ki, hər hansı bir sahəyə aid olan xüsusi hədəflər fəaliyyət növündən və müəyyən mühit və ya işin xüsusiyyətlərinə aid vəziyyətdən asılıdır. Fəaliyyətini həyata keçirmək üçün zəruri olan vəzifələrin səviyyəsinin qiymətləndirməsi məqsədilə Funksional İdarəetmə Komanda öz öhdəliklərini təhlil etməlidir.