Keyfiyyətin İdarə Edilməsi sahəsində hədəflərimiz bunlardır:
- İşi səhvlərə yol vermədən icra etmək;
- Müştərilərin şikayətlərinin sayını azaltmaq;
- Təchizat və podratçı şirkətlərlə əməkdaşlığı təkminləşdirmək;
- Şirkətin mövqeyini və idarəetmə sistemini davamlı şəkildə inkişaf etdirmək;
- Uğurlu əmək fəaliyyətini qurmaq üçün zəruri olan məhsul və xidmətləri təmin etmək;
- Texnika və avadanlığın keyfiyyət və texniki effektivlik tələblərinə riayət etmək;
- Texnoloji, maddi və insan resurslarından səmərəli şəkildə istifadə etməklə ticarətin effektivliyinin meyarlarına (yəni iş qrafiki və xərclərə) cavab vermək.