HSE Policy / Əməyin mühafizəsi və təhlükəsizlik sahəsində hədəflər
Əməyin mühafizəsi və təhlükəsizliyin idarəolunması sahəsində hədəflərimiz aşağıdakılardır:
- Effektiv əməyin mühafizəsi və təhlükəsizliyin idarəetmə sistemini işləyib hazırlamaq və daim inkişaf etdirmək;
- Vaxtaşırı əməyin mühafizəsi və təhlükəsizlik sahəsində əsas məqsədləri nəşr edərək yaymaq və nəticələr haqqında məlumat vermək;
- Şirkətin fəaliyyət və əmlakı ilə bağlı yaranan sağlamlıq, təhlükəsizlik və digər əlaqədar riskləri müəyyən etmək;
- Ən azı bu sahəyə aid qanunvericilik və müvafiq qaydalara riayət etmək və mümkün olan hallarda işin xüsusi keyfiyyət göstəricilərini inkişaf etdirmək;
- Şirkətin əməyin mühafizəsi və təhlükəsizlik sahəsində göstəricilərini inkişaf etdirmək, və beləliklə işlə bağlı yaranan xəstəlik və qəza/bədbəxt hadisələrin sayını sıfıra endirmək; atmosferə atılan tullantılar və enerji istifadəsini minimuma qədər azaltmaq, və belə halların təkrərlanmasının qarşısını almaq üçün əvvəlki səhvlərə yol verməmək;
- Əməkdaşlar və müvafiq hallarda onların nümayəndələri üçün tövsiyyələr təşkil etmək;
- Ətraf mühit və digər şəxslərin sağlamlığının mühafizəsi və təhlükəsizliyini nəzərə almaq, üzərilərinə götürdükləri öhdəliklərini yerinə yetirmək üçün əməkdaşları zəruri məlumat, təlimat, təlim və nəzarətlə təmin etmək;
- Əməyin mühafizəsi və təhlükəsizliyin idarəolunması və təcrübəsini daha yaxşı anlamaq və inkişaf etdirmək üçün müvafiq hüquq mühafizə orqanları, həmçinin sənaye və xarici təşkilatlarla əməkdaşlıq qurmaq;
- Podratçı və tərəfdaş təşkilatlardan əməyin mühafizəsi və təhlükəsizliyin təmin olunması üzrə standartların davamlı təkmilləşdirilməsi üçün eyni səylərin göstərilməsini tələb etmək;
- Əməkdaş, müştəri və səhmdarların, həmçinin yerli əhalinin sağlamlıq və təhlükəsizliklə bağlı narahatçılıqlarını anlamaq və nəzərə almaq;
- Əməyin mühafizəsi və təhlükəsizlik sahəsində siyasəti həyata keçirmək üçün müvafiq vəsait ayırmaq;
- Davamlı inkişafı təmin etmək üçün təlim, təhlil və audit yolu ilə Siyasətin tələblərinə daim riayət etmək.
- Fövqəladə (gözlənilməyən) hallar üçün fəaliyyət planı hazırlamaq və daim inkişaf etdirmək; lazım olduqda dövlət orqanları və təcili yardım xidmətləri göstərən strukturlarla birlikdə bu istiqamətdə işləmək;