Şirkətimiz tikinti konstruksiyaları, elektrik, mexaniki işlər, həmçinin isitmə, ventilyasiya və kondisionerləşdirmə sistemləri sahələrində ixtisaslaşır. Qurğuların layihələndirilmə və inşa proseslərinin yüksək keyfiyyət və beynəlxalq standartlara uyğun aparılması üçün sözügedən sahələrdə elmi-texniki bilik və üsulların istifadə edilməsi tələb olunur. Bizim komandada işləyən peşəkar mühəndislər aşağıda sadalanan mühəndislik xidmətlərinin göstərilməsi üçün praktiki bilik və təcrübəyə malikdirlər.
Bizim layihəçi-mühəndislər konstruksiyaların layihələndiriliməsinə, yeni qurğuların təhlili və mövcud olanların modifikasiyasına görə öhdəlik daşıyırlar. Onlar həmçinin verilmiş dizaynın layihənin meyarlarına uyğun olmasını təmin edirlər. Bundan başqa, layihəçi-mühəndislər komandası həmdə layihə çərçivəsində qoyulmuş məqsədlərə nail olmaq və müştərinin tələblərini yerinə yetirmək üçün ayrılmış vəsait, qurğu elementlər və materialdan effektiv şəkildə istifadə etmək və bu prosesə yaradıcı yanaşmaqla bağlı məsuliyyət daşıyırlar.
Bizim təcrübəli mühəndis-elektrik komandaları elektrik mühəndislik sahəsində, enerji paylayıcı, nəzarət, işıqlandırılma, təhlükəsizlik və telekommunikasiya sistemlərinin, elekron avadanlıqların layihələndirilməsi və qurulması daxil olmaqla, bir sıra xidmətlər təklif edirlər. Bu sahədə əsas bacarıqlarımızdan biri müştərilərimizin xüsusi tələblərini nəzərə alaraq, dəqiq və ətraflı dizayn və planların təqdim olunmasından ibarətdir.
Biz müxtəlif maşınqayırma sahələrində çalışan müştərilərə mexaniki mühəndislik sahəsində effektiv xidmətlər təklif edirik. Bizim mühəndis-mexaniklərimiz öz bacarıqları və təcrübələrinə arxalanaraq, AutoCAD proqramının vasitəsilə cizgilərin hazırlanması və həmçinin mexaniki avadanlığın, boruların, yanğından mühafizə və kommunikasiya sistemlərin layihələndirilməsi və quraşdırılması üzrə geniş xidmət spektrini təqdim edirlər.
Şirkətimizin isitmə, ventilyasiya və kondisionerləşmə üzrə mütəxəssisləri hər növ sənaye obyektlərində əsas İVK sistemlərinin layihələndirilmə, işlədilmə və quraşdırılmasında yüksək təcrübəyə malikdirlər. İsitmə (isitmə nasos və qazanları daxil olmaqla), soyutma (havanın kondisionerləşməsi və süni soyutma daxil olmaqla) və ventilyasiya (mərkəzi kondisionerləşmə daxil olmaqla) sistemlərinin layihələndirilmə və quraşdırılmasında bizi yüksək təcrübəmiz fərqləndirir.