Şirkətimizin peşəkar işçi heyətindən təşkil olunmuş təchizat və logistika şöbələri müştərilərin konkret tələblərindən asılı olaraq təchizatla bağlı geniş xidmət spektrini təqdim edirlər. Biz yüksək rəqabət əsasında alqı-satqının planlaşdırılması, texniki xüsusiyyətlərlə bağlı məlumatın və çatdırılma cədvəllərinin tərtib edilməsi, daşınmaların təşkili, gömrük rəsmiləşdirilməsi və anbarlama kimi sahələrdə xidmətlər göstəririk. Təchizat prosesinin idarə olunması üzrə mütəxəssislərimiz müştərinin ehtiyacının müəyyən olunmasından, alınmış mal/xidmətlərin müştəriyə çatdırılmasınadək təchizat prosesinin hər bir mərhələsində bütöv məsuliyyət daşıyırlar.