HSE Policy / Nizam-intizam qaydaları
Öz fəaliyyətini həyata keçirərkən, Sterling Group bütövlük standartların təmin edilməsi prinsipini rəhbər tutur. Şirkətin adını qoruyub saxlamaq və hər zaman müştərilərimizin etimadını doğrultmaq bizim üçün xüsusi əhəmiyyət kəsb edir.
Bizim əməkdaşlarımız öz işlərini Qaydaların tələblərini üstələmək məqsədilə quraraq, bunu göstərilən xidmət, malların təchizi və podrat işinin təşkil edilməsində daha yüksək keyfiyyətli davranışın göstərilməsində istifadə edir.
Sterling Group Qaydaların məqsədlərinə riayət edir və onun bütün əməkdaşlar tərəfindən tam qəbul olunmasına nail olmağa çalışır.
Hər bir əməkdaş peşə etikasına uyğun olaraq, aşağıda sadalanan məsələlərlə bağlı, Qaydalarda əks olunmasından asılı olmayaraq, bilavasitə tabe olduğu şəxsə və ya rəhbərliyə müraciət etməlidir:
- Şirkətin hər hansı bir qaydasını pozmaq və ya şirkətin effektiv fəaliyyət göstərməsinə zərər yetirə bilən hər hansı bir hərəkət etmək;
- Təhlükəsizlik, sağlamlıq və ətraf mühitin mühafizəsi ilə bağlı qaydaları pozmaq, həmçinin təhlükəsizlik texnikası ilə bağlı qaydalara riayət etməmək;
- İş yerində spirtli içki və ya qadağa olunmuş maddələrin təsiri altında olmaq; işin məhsuldarlığına təsir göstərməyən və həkim tərəfindən təyin olunan dərmanlar istisna olaraq, şirkətin ərazisində qadağa olunan maddələrdən hər hansı bir miqdarda istifadə etmək, saxlamaq və satmaq;
- Vəzifələrini yerinə yetirərkən və ya şirkətin ərazisində olan zaman təhlükəli və ya qeyri-qanuni odlu silah, silah və partlayıcı maddələri qanunsuz saxlamaq;
- Rəhbərliyin işə aid göstərişlərinə müvafiq qaydada itaət etməmək və ya müəyyən bir tapşırıqların yerinə yetirilməsində dəstək göstərməmək;
- İstənilən vaxt və hər hansı bir məqsəd üçün iş yoldaşlarını qorxutmaq və ya hədə-qorxu gəlmək;
- Şirkətin və ya iş yoldaşların şəxsi əşyalarını oğurlamaq və icazəsiz istifadə etmək; təxribat xarakterli fəaliyyətdə iştirak etmək; şirkətin, əməkdaşların, müştəri və ya təchizatçıların əmlakını korlamaq/sındırmaq;
- İşə qəbul üçün ərizə və ya digər sənədlərdə yanlış və saxta məlumat vermək; işdən icazə aldıqda yanlış səbəblər təqdim etmək;
- Qeybət etmək və şayiələr yaymaq; narazılıq yaradan və kollektivdə harmoniyanı pozan davranışa yol vermək; iş vaxtında digər əməkdaşlarla mübahisə etmək; işin səmərəliliyini azaltmaq və ya başqa iş yoldaşlarını buna həvəsləndirmək;
- İşi qeyri-qənaətbəxş və diqqətsiz icra etmək, yaxud tələb olunan keyfiyyət standartlarına uyğun yerinə yetirməmək;
- Ayrıseçkilik, cinsi və ya digər təzyiq xarakterli hərəkətlərə yol vermək; əməkdaşları etnik və ya irqi mənsubiyyətə görə təhqir etmək;
- İş vaxtı bitməmiş iş yerini tərk etmək; rəhbərliyi xəbərdar etmədən işə gecikmək; işi təyin olunmuş vaxtdan əvvəl yarıda kəsmək;
- İş vaxtı yatmaq və ya boş-bekar qalmaq;
- Korrupsiya xarakterli hər hansı bir davranışa yol vermək.