İşəgötürən bir şirkət olaraq, Sterling Group İSO 9001:2008 və yerli qanunvericiliyin tələblərinə uyğun öz öhdəliklərini həyata keçirir. Bu məqsədə nail olmaq üçün Sterlinq Qrup öz fəaliyyətini aşağıda göstərilən təcrübəyə əsaslanaraq qurur:
- Müştərilərin ehtiyacını ödəmək və ümidlərini doğrultmaq;
- Müvafiq qanun, qayda və normalara riayət etmək;
- Funksional və texniki göstəriciləri, həmçinin təklif olunan xidmətləri daim təkminləşdirmək;
- Şirkətin elmi-texniki biliklərini inkişaf etdirmək;
- Əməkdaşların ehtiyacını ödəmək, onları həvəsləndirərək əməyə cəlb etmək;
- Hər əməkdaşın rolu, öhdəlik və vəzifələri haqqında məlumatlı olmaq;
- Əməkdaşlar arasında müsbət münasibətlərin qurulmasına diqqət yetirmək;
- Maraqlı tərəflərin tələblərini, mütləq şərtlər və keyfiyyətin mühafizəsini nəzərə alaraq, inkişaf naminə şirkəti rahat iş yerləri, avadanlıq və texnologiyalarla təmin etmək;
- Ölçü cihaz və alətləri yeniləmək, bu sahədə texniki xidmət göstərmək;
- İnnovativ proses və idarəetmə modellərini həyata keçirmək;
- Müştərinin daxili və xarici ehtiyaclarını ödəmək üçün prosesləri uyğunlaşdırmaq;
- Şirkətin fəaliyyətinin hər sahəsini səmərəli şəkildə qurmaq;
- Təchizatçılarla strateji birlik qurmaq;
- İşin hər səviyyəsində dəqiq və effektiv əlaqəni təmin etmək;
- Təhliletmə yolu ilə Keyfiyyətin İdarə Edilməsi Sistemi və icra planlarını daim inkişaf etdirmək.