ru en az

HSE Policy / ƏMTT siyasəti

Bir şirkət və işəgötürən olaraq, Sterling Group ƏMTT 18001:2007 və yerli qanunvericiliyin tələblərinə uyğun öz öhdəliklərini yerinə yetirməyə çalışır. Bu məqsədə nail olmaq üçün şirkətimiz tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası, həmçinin sağlam və təhlükəsiz iş yerinin təmin edilməsi, şirkətin qaydalarının daimi nəzərdən keçirilməsi, lazım olduqda müvafiq səhiyyə və təhlükəsizlik strukturları ilə əlaqə saxlanılması, davamlı olaraq qanuna uyğun fəaliyyət göstərmək məqsədilə şirkətin ən son qanunvericilik akt və normaları haqqında məlumatla təmin edilməsi üzrə məsuliyyət daşıyan əməkdaş təyin edilib.

Əməkdaşlarımız imzaladıqları əmək müqavilələrinin bir hissəsi kimi, öz fəaliyyətlərini ƏMTT 18001 və yerli qanunvericiliyin tələblərinə uyğun qurmağa və sağlamlıq və təhlükəsizlik sahələrində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün öz işəgötürənləri ilə əməkdaşlıq etməyə razılaşırlar. Hər hansı bir işçinin sağlamlıq və təhlükəsizlik sahəsində öhdəlik, norma, daxili əmək qayda və prosedurlarına ciddi riayət edilməməsi və bu kimi halların təkrarlanması onun işdən xaric edilməsi ilə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki, belə hallarda əməkdaşlar əvvəlcədən xəbərdarlıq edilmədən işlərindən azad oluna bilərlər.

Aşağıda sadalanan vəzifələri yerinə yetirmək üçün Sterling Group imkan daxilində əməkdaşları qarşısında üzərinə götürdüyü öhdəliklərini yerli qanunvericilik və ƏMTT 18001:2007 tələblərinə uyğun həyata keçirir:


Beton Blokları İstehsal Edən Zavodun TikintisiSanqaçalda Yeməkxananın Dizayn və Tikintisi10 Epidemioloji Nəzarət Stansiyaların TikintisiRezervuarların Saxlanılması üçün Anbarın Tikintisi və TəchizatıBTC Boru Kəmərinin Nasos Stansiyaları üçün Elektrik, Ölçü və Telekommunikasiya Sistemlərinin QuraşdırılmasıQaradağda Yerləşən Ofisdə Təmir-Bərpa İşlərin AparılmasıBeton Zavodu və Betonlanmış Meydançanın Tikintisiİnzibati Binanın Layihələndirilməsi, Quraşdırılması və TikintisiLay Suların Təmizləyici QurğusununTikintisiPSN Ofisinin TikintisiƏrsin Qəbuledici Qurğunun MüasirləşdirilməsiMövcud Dəmir-Beton Pilətədə Quyuların QazılmasıABŞ Səfirliyinin Təhlükəsizlik Sisteminin Təkminləşdirilməsi