Müştərilərimizin tələblərini ödəmək naminə təqdim etdiyimiz bu üsulun mahiyyəti ondan ibarətdir ki, müştəri bizə yekun nəticələrə əsaslı layihəni idarə etməyi həvalə edərkən, tikinti və dizayn xidmətlərini həyata keçirmək öhdəliklərini də öz üzərimizə götürürük. Layihə üzrə işlərin aparılmasında yalnız şirkətimiz məsuliyyət daşıyır və ümümi xərclərin azaldılması məqsədilə bütün səylər göstərilir.
Tikinti və dizayn üsulunu təqdim etməkdə məqsədimiz müştərinin risklərini minimuma endirmək, və eyni zamanda tikinti və dizayn mərhələlirini birləşdirərək, layihənin təhvil vermə müddətini sürətləndirməkdir. Tikinti və dizayn işləri üzrə müqaviləyə bizim əməkdaşlar tərəfindən təqdim olunan bütün xidmət və məhsullar, o cümlədən subpodratçıların idarə olunması və sağlamlıq, təhlükəsizlik və keyfiyyətə nəzarətin təmin edilməsi də daxildir. Onu da nəzərə almaq lazımdır ki, adətən, müştərilərimiz tikinti zamanı ortaya çıxan problemlərin həllində iştirak etmirlər və bu prosesə cəlb olunmurlar.
Müştəri ilə tikinti və dizayn komandası arasında uğurlu əməkdaşlıq əlaqələri quraraq, biz layihələrin həm qiymət, həm keyfiyyət, həm də qoyulan vaxt çərçivəsində həyata keçirilməsinə nail olmağa çalışırıq.